Almaniya federal seçkilərə hazırlaşır

Almaniya Federal Statistika İdarəsinin məlumatlarına görə, Türk mənşəli 720 min Almaniya vətəndaşının da seçmə haqqı vardır.

796993
Almaniya federal seçkilərə hazırlaşır

Almaniyada təxminən 61,5 milyon seçici  sentyabrın 24-də  parlament seçkilərinə gedəcək.
 
Almaniya Federal Statistika İdarəsinin məlumatlarına görə, Türk mənşəli 720 min Almaniya vətəndaşının da seçmə haqqı vardır.
 
 299 seçki bölgəsinin yerləşdiyi Almaniyada seçicilər yeni parlamentin 598 üzvünü müəyyən etmək üçün iki səs verəcəklər.
 
 42 partiyanın iştirak etdiyi seçkilərdə 4 min 828 namizəd ölkə parlamentinə üzv olmaq istəyir. Namizədlərin 1400-ü qadınlardır.
 

Seçkidə müxtəlif partiyalardan 92 Türk mənşəli  namizəd yarışır.
 
 Ən çox Türk mənşəli namizəd Sol Partiyadandır.

 Sol Partiyanın Türk mənşəli namizədlərinin sayı 17-dir. Onu 16 namizədlə Sosial Demokrat Partiyası, 13 namizədlə Marksist Kommunist Leninist Partiyası və 11 namizədlə Yaşıllar Partiyası təqib edirlər.
 
 19-ci dəfə keçiriləcək federal seçkilər üçün 16 əyalətdə təxminən 73 min 500 seçki məntəqəsi qurulacaq. Seçki məntəqələrində işləyəcəklərin sayı 650 min olacaq.
 
 Bu seçkilərdə ilk dəfə 3 milyon yeni seçici səs vermək hüququna malik olacaq.



Әlaqәli Xәbәrlәr