Qətər səfirini yenidən İrana göndərir

Qətər hakimiyyəti il yarım əvvəl geri çağırılmış səfirinin yenidən İrana qaytarılması barədə qərar qəbul edib.

795559
Qətər səfirini yenidən İrana göndərir

Qətər hakimiyyəti il yarım əvvəl geri çağırılmış səfirinin yenidən İrana qaytarılması barədə qərar qəbul edib.

Bu barədə çərşənbə günü axşam Qətərin Xarici İşlər Nazirliyinin internet səhifəsində yer tutan məlumatda bildirilib.

"Qətər dövləti bəyan edir ki, əmirliyin səfiri tezliklə Tehranda öz diplomatik vəzifələrinin icrasına başlayacaq", - deyə məlumatda qeyd olunur. Ancaq səfirin qayıdacağı tarix barədə məlumat verilməyib.

Bəyanatda, həmçinin vurğulanır ki, əmirlik İran İslam Respublikası ilə "bütün sahələrdə" ikitərəfli münasibətləri möhkəmləndirmək niyyətindədir.

Qeyd edək ki, İrandakı Səudiyyə Ərəbistanıdan diplomatik nümayəndələrə qarşı hücumlardan sonra bu ölkə ilə yanaşı Bəhreyn, Birləşmiş Ərəb Əmirliklərindən sonra Qətər də Tehran səfirini geri çağırmışdı.



Әlaqәli Xәbәrlәr