ABŞ ilə Cənubi Koreyanın ənənəvi birgə hərbi təlimi

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu birgə hərbi təlimlərə başlayır.

793442
ABŞ ilə Cənubi Koreyanın ənənəvi birgə hərbi təlimi

ABŞ və Cənubi Koreyanın ənənəvi birgə hərbi təlimi start alıb.

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu birgə hərbi təlimlərə başlayır.

 “Ulchi Freedom Guardian” adlı hərbi təlimlər avqustun 31-dək davam edəcək. Təlimlərdə  ABŞ-ın 17.500 Cənubi Koreyanın isə 50 minə yaxın hərbçisinin iştirakı nəzərdə tutulub.

Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir. Rəsmi Pxenyan, öz növbəsində,  təlimləri "təxribat" adlandırıb və ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edib.

Qeyd edək ki, bu ilin martında Cənubi Koreyada iki ölkə hərbçilərinin iştirakı ilə “Foal Eagle” adlı irimiqyaslı əməliyyat-taktiki təlimlər baş tutub. Təlimlərə ABŞ və Cənubi Koreyanın Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri cəlb edilib. Təlimlərdə  ABŞ tərəfindən “Carl Vinson” aviadaşıyıcısı, F-35 qırıcıları və B-52 bombardmançı təyyarələri iştirak edib.

Bu arada Çin və Rusiya iyul ayında Şimali Koreyanın ballistik raket sınaqlarını dayandırması müqabilində birgə hərbi təlimlərin dayandırılmasını təklif etmişdi.

Ancaq ABŞ ordu generalı Joseph Dunford keçən həftə yaydığı bəyanatda hərbi təlimlərin dayandırılmasının  “hazırda müzakirə ediləsi mövzu olmadığını” söyləmişdi.



Әlaqәli Xәbәrlәr