İkinci terror hücumunun qarşısı alınıb

Barselonanın 120 km cənubunda yerləşən sahil qəsəbələrindən birində ikinci terror hücumu üçün hazırlaşdığı açıqlanan 5 nəfər öldürülüb.

792201
İkinci terror hücumunun qarşısı alınıb

İspaniyada Barselona şəhərində 13 nəfərin həyatını itirdiyi hücumdan sonra şəhərin 120 km cənubunda yerləşən sahil qəsəbələrindən birində ikinci terror hücumu üçün hazırlaşdığı açıqlanan 5 nəfər öldürülüb.

Katalan polis mənbələri Barselonadakı hücumla əlaqəli bir nəfərin  təzyiqli balonu partlatmaq üçün hazırlaşarkən öldürüldüyünü bildirib.

Kataloniya polis idarəsinin ilk bəyanatında 4 silahlının öldürüldüyü, birinin isə yaralı olduğu bildirilmişdi. Yayılan son məlumatda isə yaralı silahlının da öldüyü qeyd olunub.



Әlaqәli Xәbәrlәr