Aİ Şimali Koreya ilə gərginliyin aradan qaldırılmasında diplomatiyadan tərəfdir

Avropa İttifaqı  Amerika Birləşmiş Ştatları  ilә Şimali Koreya arasındakı  gərginliyi sona çatdırmaq üçün  bu ölkələrlə yanaşı  әlaqәdar digәr ölkәlәrlә görüş keçirmәyә qәrar verdi.

789908
Aİ Şimali Koreya ilə gərginliyin aradan qaldırılmasında diplomatiyadan tərəfdir

Avropa İttifaqı  Amerika Birləşmiş Ştatları  ilә Şimali Koreya arasındakı  gərginliyi sona çatdırmaq üçün  bu ölkələrlə yanaşı  әlaqәdar digәr ölkәlәrlә görüş keçirmәyә qәrar verdi.

 Aİ-nin  Siyasi və Təhlükəsizlik Komitəsi  Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogherini rəhbərliyindә  Şimali Koreya ilə ABŞ arasındakı gərginliyi  müzakirә etmәk üçün  Belçikanın paytaxtı Brüsseldә növbәdәnkәnar toplantı keçirdi. Toplantıdan sonra Federika Mogherini açıqlama verdi.

Gәrginliyin tezliklә sona çatdırılmasının vacibliyini vurğulayan F.Mogherini Şimali koreyaya: ‘‘Yalnız regional vә qlobal gәrginliklәri artırmağa töhfә verәcәk  fitnəkar әmәldәn uzaq olunmalıdır’’ deyә çağırış edib.

F.Mogherini  Aİ-nin  gərginliyi azaltmağı və Koreya Yarımadasını nüvə silahlardan tamamilə təmizləməyi qarşısına məqsəd qoyan diplomatik səyləri dəstəklədiyini vurğulayıb.

 Federika Mogherini  Aİ-nin Şimali Koreya və Cənubi Koreya başda olmaqla  beynəlxalq cəmiyyət arasında etimad və mənalı dialoq prosesini dəstəkləməyə, nüvə məsələlərinә  dair müzakirələrdə əldə etdiyi texniki mәsәlәlәr  daxil olmaqla  әllәrindәn gәlәn cәhdi göstәrmәyә hazır olduqlarını deyib.

Ali Nümayəndə həmçinin  Şimali Koreyanın nüvə və ballistik raket proqramlarını sürətləndirməyə davam etməsinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrində  qeyd olunduğu kimi sözügedən ölkənin beynəlxalq öhdəliklərini ciddi şәkildә pozduğu mәnasına gәldiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr