ABŞ-da fövqəladə vəziyyət elan edildi

Amerika Birləşmiş Ştatlarının Virginia ştatının Charlottesville şəhərində yüzlərlə irqçinin keçirdiyi mitinqdə baş verən hadisələr səbəbindən bölgədə fövqəladə vəziyyət elan edildi.

788815

Şəhər meri Terry Mcauliffe milli təhlükəsizlik qüvvələrinin bölgədə təhlükəsizliyin  təmin edilməsi barədə əmr aldıqlarını açıqladı.
 
  ABŞ mətbuatında yayılan xəbərlərə görə, Charlottesville-də irqçilərin keçirdiyi mitinqə etiraz edən irqçilik əleyhinə qrupun üzərinə maşın sürülüb.
 
 Avtomobilin vurduğa çox sayda nümayişçinin yaralandığı hadisədə 1 nəfər də həlak olub.
 
 Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
 
 Charlottesville-dəki irqçi qrupların mitinqi  zamanı vəzifə başında olan polis helikopteri qəzaya uğrayıb, helokpterdəki iki polis həlak olub.
 
Qəzayla bağlı istintaq aparılır.

Әlaqәli Xәbәrlәr