ABŞ-ın Әfqanıstandakı hәrbi bazasına hücum edilib

ABŞ-ın Әfqanıstandakı hәrbi bazasına tәşkil edilәn silahlı hücum nәticәsindә bazada çalışan  3 qadın hәlak olub, 1-i dә yaralanıb.

787781
ABŞ-ın Әfqanıstandakı hәrbi bazasına hücum edilib

ABŞ-ın Әfqanıstandakı hәrbi bazasına tәşkil edilәn silahlı hücum nәticәsindә bazada çalışan  3 qadın hәlak olub, 1-i dә yaralanıb.

Bu barәdә Baqram rayon icra hakimiyyәtinin başçısı Әbdulşükür Kuddusi mәlumat verib.

O, hәlak olan qadınların  hәrbi bazanın yaxınlığındakı bazarda alış-veriş etdiklәrini  qeyd edib.

Әbdulşükür Kuddusi hücumun iki namәlum şәxs tәrәfindәn törәdildiyini bildirib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti hәlәlik öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr