ABŞ ilə Şimali Koreya arasındakı gərginlik davam edir

“Qəzəb ilə qarşılaşarlar” sözlərinin kafi dərəcədə sərt olmadığını deyən ABŞ prezidenti Donald Trump Şimali Koreyaya müraciətini davam etdirir.

787842
ABŞ ilə Şimali Koreya arasındakı gərginlik davam edir

ABŞ ilə Şimali Koreya arasındakı söz duəli davam edir.

“Qəzəb ilə qarşılaşarlar” sözlərinin kafi dərəcədə sərt olmadığını deyən ABŞ prezidenti Donald Trump Şimali Koreyaya müraciətini davam etdirir.

Trump Şimali Koreya ilə davam edən gərgnilik də daxil müxtəlif mövzuların müzakirə olunduğu milli təhlükəsizlik yığıncağından sonra jurnalistlərin suallarına cavab verib.

Trumpa həftənin əvvəlində “ölkəsinin qəzəbilə qarşılaşmaqla” təhdid etdiyi Şimali Koreyanın bu sözləri “axmaq” olaraq dəyərləndirdiyi xatırladılıb.

Trump deyib: “bunu ilk dəfə eşidirlər. Sözün açığı insanlar o bəyanatımın çox sərt olduğunu fikirləşir. Bəlkə də bəyanatım kafi dərəcədə sərt deyildi”.

D.Trump yaydığı bəyanatdan daha sərt bir şey deyib deməyəcəyinə dair sual qarşında isə “görəcəksiniz” cavabını verib.

Digər tərəfdən Şimali Koreya ilə müzakirələrə açıq olduğunu deyən Trump 25 ildir müzakirlərin davam etdiyini ancaq nəticə əldə edilmədiyini vurğulayıb.

Trump bu ölkə xalqının arxayın olmasını vurğulayaraq deyib ki, əgər Şimali Koreya sevdiyimizə, təmsil etdiklərimizə, müttəfiqlərimizə yaxud da bizə istiqamətli hücumu düşünsə özündən çox narahat olsun. Çox narahat olsunlar, çünki qeyri-mümkün olduğunu düşündükləri şeylər başlarına gələcək.



Әlaqәli Xәbәrlәr