Şimali Koreya hücum üçün tarix verdi

ABŞ və Şimali Koreya arasındakı gərginlik davam edərkən, rəsmi Pyongyang Guam adasına orta mənzilli raket hücumu ilə əlaqəli planın hansı tarixdə hazır olacağını bəyan etdi.

787053
Şimali Koreya hücum üçün tarix verdi

ABŞ və Şimali Koreya arasındakı gərginlik davam edərkən, rəsmi Pyongyang Guam adasına orta mənzilli raket hücumu ilə əlaqəli planın hansı tarixdə hazır olacağını bəyan etdi.

Şimali Koreyanın rəsmi xəbər agentliyinin məlumatına əsasən ABŞ-na məxsus Guam adasına 4 ədəd raket fırlatmaq üçün hazırlanan plan bu ayın ortasında hazır olacaq.

Şimali Koreya ordusunun verdiyi bəyanatda planın hazır olacağı və Guam adasını vurmaq üçün baş komandir Kim Jong-unun əmrinin gözləniləcəyi vurğulanıb.

Bəyanatda detalları da açıqlanan plana görə, Koreya Xalq Ordusunun fırladacağı Hwasong-12 raketləri 3 min 357 km yol qət edəcək və Guamın 30-40 km sahillərində suya düşəcək. Raketlər Yaponiyanın Şimanə, Hiroşima və Koiçi bölgələrinin hava məkanında uçacak.  

Şimali Koreya rəhbərliyi ABŞ prezidenti Donald Trumpın “Şimali Koreya təhdidlərdən əl çəksə yaxşı olar əks təqdirdə atəş və qəzəblə cavab verərik" sözləri üçün isə “boş sözlər” olduğunu söyləyib.

Qeyd edək ki, Sakit okeanda Şimali Koreyaya 3 min 400 km aralıqdakı Guam adasında Anderson hava bazası yerləşir. Həmin bazadan B-1 bombardman təyyarələri Cənubi Koreya hava məkanındakı uçuşlardan sonra yanacaq doldurmaq üçün istifadə edir.



Әlaqәli Xәbәrlәr