"... Çünki təhdid böyük və daimidir", E.Filip

Fransanın Baş naziri Eduard Filip (Edouard Philippe) 1 noyabrda Fövqəladə Vəziyyəti aradan qaldıracaqlarını açıqladı.

787416
"... Çünki təhdid böyük və daimidir", E.Filip

  Paytaxt Parisdə maşınını hərbçilərin üzərinə sürərək 6 əsgəri yaralayan cinayətkarı tutduqları üçün təhlükəsizlik qüvvələri əməkdaşlarını təbrik edən E.Filip həm də Fövqəladə Vəziyyətlə bağlı məlumat verib: "Uzun müddətdir Fövqaladə Vəziyyət rejimində yaşayırıq, ilk hücum tarixi olan 2015-ci ilin noyabrından bəri. Bu il 1 noyabrda Fövqəladə Vəziyyəti aradan qaldırmağı düşünürük. Bu dövr bizə yalnız bir keçid müddəti kimi lazım oldu. Amma Fransanın təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik və terrorizmlə mübarizə qanun layihələri üzərində çalışmağa davam edəcəyik. Hüquq dövləti çərçivəsində fransalıların təhlükəsizliyini təmin etmək borcumuzdur. Çünki təhdid böyük və daimidir”.



Әlaqәli Xәbәrlәr