Vladimir Putin Abxaziyaya səfər etdi

Rusiya prezidenti Vladimir Putin Gürcüstanın separatçı regionu Abxaziyaya səfər etdi.

786715
Vladimir Putin Abxaziyaya səfər etdi

Rusiya prezidenti Vladimir Putin Gürcüstanın separatçı regionu Abxaziyaya səfər etdi.

 Rusiya prezidenti Abxaziya rəhbəri Raul Hacimba ilə görüşdü. Putin  Moskvanın bundan sonra da “respublika”nın təhlükəsizliyi və müstəqilliyinə təminat vermək niyyətində olduğunu bildirərək: “Bizim danışmağa mövzularımız var. Ən başlıcası odur ki, bizim Abxaziya ilə xüsusi, çox xüsusi münasibətlərimiz var. Biz Abxaziyanın təhlükəsizliyi və müstəqilliyinə etibarlı təminat veririk. Əminəm ki, bundan sonra da belə olacaq” dedi. 

Putinin Abxaziyaya ABŞ vitse-prezidenti Mike Pencein Gürcüstanın paytaxtı Tiflisə səfərindən bir həftə sonra getməsi diqqət çəkir.
 
Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və Gürcüstan prezidenti Giorgiy Margvelaşvili Putinin beynəlxalq səviyyədə tanınmayan birtərəfli müstəqilliyini elan edən Abxaziyaya səfər etməsini qınadılar.
 
 Ukrayna Prezident Aparatının mətbuat mərkəzindən verilən məlumatda Poroşenkonun Margvelaşvili ilə keçirdiyi telefon görüşündə Gürcüstana qarşı rus təcavüzünün 9-ci ildönümündə gürcü xalqı ilə həmrəyl olduğunu bildirdiyi deyilir. Poroşenko görüşdə Ukraynanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və dəstəkləməyə davam edəcəyini də vurğulayıb.
 
 Margvelaşvili isə Gürcüstanın Ukraynanın dəstəyini hiss etdiyini qeyd edərək, təşəkkür edib.
 
 Qeyd edək ki, bu gün Gürcüstanın Cənubi Osetiya regionunda müharibənin 9-cu ildönümüdür. Bu müharibədən sonra – 2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.



Әlaqәli Xәbәrlәr