“ABŞ Şimali Koreyanın təhdidi qarşısında qorxub qaçmayacaqdır”, N.Halley

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley “Fox News” telekanalına verdiyi müsahibədə iqtisadiyyat sahəsində Şimali Koreyaya tətbiq edilən yeni sanksiya qərarlarını dəyərləndirib.

785545
“ABŞ Şimali Koreyanın təhdidi qarşısında qorxub qaçmayacaqdır”, N.Halley

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley “Fox News” telekanalına verdiyi müsahibədə iqtisadiyyat sahəsində Şimali Koreyaya tətbiq edilən yeni sanksiya qərarlarını dəyərləndirib.

Yeni sanksiyaları Şimali Koreyaya “endirilmiş yumruq zərbəsi” kimi dəyərləndirən Haley bu ölkənin təcavüzkar mövqeyi və göstərdiyi reaksiyalardan nigaran olduğunu ortaya qoyduğunu bildirib.

Daha əvvəl Şimal Koreyaya nüvə fəaliyyətlərinə son qoyması barədə kifayət səviyyədə  təzyiq etmədiyinə görə tənqid etdiyi Çin və Rusiyanın bu dəfə BMT Təhlükəsizlik Şurasının sanksiya qərarına dəstək olduğunu vurğulayan daimi nümayəndə qeyd edib ki, Şimali Koreya indi beynəlxalq ictimaiyyətin yekdil olduğunu görür. Çin geri addım atmadı, Rusiya da eləcə. Təhlükəsizlik Şurasında hər kəs “kafidir artıq, bu məsuliyyətsizliyi daha çox izləmək istəmirik” dedi. Şimali Koreya ticarətinin 90 faizini Çin ilə reallaşdırır. Buna görə sanksiyalara Çinin dəstək olması böyük əhəmiyyət daşıyırdı və Çin öz gücünü göstərərək sanksiyaları tətbiq edəcəyini söylədi.

Nikki Haley Şimali Koreyanın ABŞ-na “Ciddi dərs verməyə hazırıq” təhdidi qarşısında isə deyib ki, göstərilən reaksiya və təhdidlər qarşısında qorxub qaçacaq deyilik. Şimali Koreya hər dollardan xalqının rifahı üçün yox, nüvə silah istehsalında istifadə edir. Qəbul edilən sanksiya qərarları Şimali Koreyanın raket sınaqı gücünü məhdud edəcəkdir.



Әlaqәli Xәbәrlәr