Venesuelada hərbi bazanı ələ keçirməyə cəhd göstərilib

Venesuelanın Valensiya şəhərində hərbi bazanı zəbt etmək cəhdi olub.

784706
Venesuelada hərbi bazanı ələ keçirməyə cəhd göstərilib

Venesuelanın Valensiya şəhərində hərbi bazanı zəbt etmək cəhdi olub.

Mәlumata görә, hakim partiyanın sədr müavini Diosdado Kabelo  sosial şəbəkəsindəki səhifəsində yazıb ki,  Valensiya şəhərində hərbi bazaya “terror hücumu” olub.

D. Kabelo  Paramakay hərbi bazasına hücum edən bir neçə terrorçunun saxlanıldığını  və hazırda hərbi bazanın  hökumətin tam nəzarətində olduğunu yazıb.

Qeyd edək ki, Venesuelada hərbi bazaya hücumdan bir neçə saat əvvəl özünü kapitan Xuan Kaquaripano kimi təqdim edən şəxsin internetdə videomüraciəti yerləşdirilib. Prezident Nikolas Maduro hakimiyyətinə qarşı “qanuni qiyam” qaldırdıqlarını elan edən X. Kaquaripano bildirib ki, bu, dövlət çevrilişi deyil, Konstitusiya quruluşunu bərpa etmək istiqamətində mülki və hərbi fəaliyyətdir. 



Әlaqәli Xәbәrlәr