“Koreya yarımadasında hərbi ssenarilərdən imtina edilməlidir”, S.Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Koreya yarımadasında  hərbi ssenarilərdən imtina edilməsinin vacibliyini dilə gətirib.

785263

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında görə, Lavrov Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyası xarici işlər nazirləri yığıncağı çərçivəsində Şimali Koreyalı həmkarı Ri Yong-ho ilə görüyüb.

Lavrov və Ri iki ölkə arasındakı əlaqələri gücləndirmək sahəsindəki önəmli mövzuları və Koreya yarımadasındaki vəziyyəti müzakirə edib.

Görüşdən sonra yayımlanan bəyanatda bildirilib ki, Lavrov əlaqədar bütün tərəfləri Koreya yarımadasında mənfi hərbi ssenarilərin tətbiq edilməsindən imtina etmələri üçün əllərindən gələn cəhdi göstərməyə və nüvə silahların mehvi də daxil olmaqla yarımadadaki problemlərin həlli üçün diplomatik yol axtarmağa çağırıb.

Qeyd edək ki, Lavrov ABŞ dövlət katibi Rex Tillerson ilə keçirdiyi görüşdə də ABŞ-ın addımlarının səbəb olduğu Şimali Koreya ətrafındakı gərginliyi dərinləşdirməyin qəbuledilməz olduğunu bildirmişdi.

Әlaqәli Xәbәrlәr