"Bu hərəkət ABŞ tərəfindən çox çirkli fikirdir"

Şimali Koreya Amerika Birləşmiş Ştatlarının 1 sentyabr 2017-ci ildən koreyalılara səyahət qadağasını kirli fikir adlandırıb.

784148
"Bu hərəkət ABŞ tərəfindən çox çirkli fikirdir"

  Cənubi Koreyanın “Yonhap” və Şimali Koreyanın rəsmi KCNA xəbər agentliklərinin məlumatına görə, Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-ın ölkəyə qadağasına sərt reaksiya göstərib, bunun Vaşinqtonun Pyonqyanqa qarşı düşmən siyasətinin bir parçası olduğunu bildirib.

  Şimali Koreya Xarici İşlər Nazirliyinin açıqlasında yazılır: "Bu hərəkətlə ABŞ öz vətəndaşlarının da Şimali Koreyaya gəlməsinə maneə törətmək üçün humanitar əlaqələri məhdudlaşdırmaq istəyir. Amma bu, çox çirkli bir fikirdir və izlədiyi düşməncəsinə siyasətin uğursuzluğudur. Bu qadağa Vaşinqtonun bizi düşmən olaraq gördüyünün dəlilidir. Amma biz deyirik: "Şimali Koreyaya yaxşı niyyətlə səfər etmək və ölkədəki həqiqətləri öz gözləriylə görmək istəyən bütün amerikalılara qapımız hər zaman açıqdır."



Әlaqәli Xәbәrlәr