ABŞ Nigeriyaya döyüş təyyarələri və silah satışını təsdiqlədi

Nigeriya Xəbər Agentliyinin (NAN) məlumatına görə, döyüş təyyarələri, silahlar və təlim dəstəyi ümumi 593 milyon dollar dəyərindədir.

783790
ABŞ Nigeriyaya döyüş təyyarələri və silah satışını təsdiqlədi

  ABŞ administrasiyası 12A-29 “Super Tucano” döyüş təyyarəsinin Nigeriyaya satışını təsdiqlədi.

  Nigeriya Xəbər Agentliyinin (NAN) məlumatına görə, döyüş təyyarələri, silahlar və təlim dəstəyi ümumi 593 milyon dollar dəyərindədir.

  Boko Haram terror təşkilatına qarşı istifadə edilmək üçün planlaşdırılan döyüş təyyarələri ABŞ-ın eks prezidenti Barak Obama və Nigeriya ordusu tərəfindən təxirə salınmışdı.

  Qeyd edək ki, “Tucano” modeli döyüş təyyarələri Afrikada Qana, Anqola, Burkina Faso və Mavritaniyada istifadə olunur.



Әlaqәli Xәbәrlәr