Bu ölkələr İranı BMT Təhlükəsizlik Şurasına şikayət etdilər

BMT-yə ünvanlanan məktubda İranın “Simurq” adlı raketini orbitə buraxmasının “təxribatçılıq və təhdid” məqsədli addım olduğu bildirilib.

782694
Bu ölkələr İranı BMT Təhlükəsizlik Şurasına şikayət etdilər

ABŞ, İngiltərə, Almaniya və Fransa keçən həftə orbitə raket buraxdığını bəyan edən İranı BMT Təhlükəsizlik Şurasına şikayət etdi.

İran ilə nüvə müzakirələri keçirən 6 ölkə arasında yer tutan dörd qərbli ölkənin BMT-yə ünvanladığı məktubda İranın “Simurq” adlı raketini orbitə buraxmasının “təxribatçılıq və təhdid” məqsədli addım olduğu bildirilib.

Məktubda raketin növünə dair dəqiq məlumat yer tutmayıb. Bunun ballistik raket olacağı təqdirdə atom başlıq daşıya biləcək qabiliyyətə və mənzilə sahib ola biləcəyi vurğulanıb.

Məktubda bu addımın İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (P5+1) arasında 2015-ci ildə qəbul edilən və Şuranın təsdiqlədiyi razılaşmaya zidd olduğu, sözügedən razılaşmaya əsasən İranın nüvə başlıq daşıya biləcək raket buraxmasına dair hər hansı addım atmasının qadağan edildiyi xatırladılıb.

Məktubda beynəlxalq ictimaiyyətdən İrana atdığı addımların razılaşmanı pozduğu barədə açıq məlumat göndərməsi istənib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Matthew Rycorft da jurnalistlərə verdiyi açıqlamada İranı ilə qəbul edilən nüvə razılaşmaya dəstəklərini davam etdirəcəklərini bildirərək, “Razılaşmanın bütün tərəfləri  sözlərinə sadiq qalma və razılaşmanın əsaslarına uyğun addım atmağa çağırırıq.” deyib.

İran Dövlət Televiziyası iyulun 27-də orbitə inkişaf etmiş raket buraxdığını elan etmişdi.



Әlaqәli Xәbәrlәr