Abxaziyada silah anbarında baş verən partlayışda iki rus turist həlak olub

Abxaziyanın Gudatskiy bölgəsində yerləşən Müdafiə Nazirliyinə məxsus  silah anbarında baş verən partlayış nəticəsində bölgədə tətildə olan 2 rus turist həyatını itirib.

783249
Abxaziyada silah anbarında baş verən partlayışda iki rus turist həlak olub

Abxaziyanın Gudatskiy bölgəsində yerləşən Müdafiə Nazirliyinə məxsus  silah-sursat anbarında baş verən partlayış nəticəsində bölgədə tətildə olan 2 rus turist həyatını itirib.  

Səhiyyə Nazirliyinin sözçüsü Rustam Zantarya hadisədə bəziləri ağır, 20 nəfərin də yaralandığını, onların əksəriyətinin bölgəyə tətil üçün gələn turistlər olduğunu və partlayış nəticəsində ətrafa yayılan şüşə, qəlpə və daşlara görə xəsarət aldıqlarını söyləyib.

Partlayışın səbəbinin araşdırıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr