“ABŞ Rusiyaya ticarət müharibəsi elan edib”

Bu sözlәri Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

782883
“ABŞ Rusiyaya ticarət müharibəsi elan edib”

Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ın ölkәsinә qarşı ticarәt müharibәsi elan etdiyini deyib.

Bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev özünün “Facebook” səhifəsində yazıb.

Dmitri Medvedev: ‘‘Rusiyaya qarşı yeni sanksiya paketinin ABŞ prezidenti tәrәfindәn imzalanmasının  bir neçә nәticәsi var. Birincisi yeni ABŞ administrasiyası ilә münasibәtlәrimizin normallaşma ümidi sona çatdı. İkincisi  Rusiyaya qarşı ticarәt müharibәsi elan edildi. Üçüncüsü Tramp rәhbәrliyi  icra sәlahiyyәtlәrini  Konqresә tәhvil verәrәk gücsüzlüyünü elan etdi’’  deyә bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən  verilәn  açıqlamada  isә  D. Trampın Rusiyaya qarşı yeni sanksiya paketini təsdiq etməsinin  təhlükəli və bəsirətsiz siyasətlərə işarə olduğu ifadə edilib.

 

 



Әlaqәli Xәbәrlәr