"Tramp müharibə edəcək", L.Qraham

ABŞ hökumətinin Şimali Koreya ilə bağlı ziddiyyətli şərhləri gəlir.

782245
"Tramp müharibə edəcək", L.Qraham

  ABŞ Xarici İşlər naziri Reks Tillerson iki ölkə arasında yüksələn təzyiqi azaltmağa yönəlik sözlər işlədir, amma ölkə prezident Donald Tramp müharibə etməkdən bəhs edir.

  Nazirlikdə təşkil edilən mətbuat konfransında Şimali Koreyanın nüvə proqramı və sınaqlarıyla bağlı Reks Tillerson deyib: “Bu ölkədə rejim dəyişikliyi, hökumətin çökməsi, yarımadanın sürətlə yenidən birləşməyə getməsi və qoşunlarımızı 38-ci paralelin şimalına göndərmək bəhanəsi fikrində deyilik… Şimali Koreyaya üzümüzü tuturuq: "Sizin düşməniniz deyilik. Sizə təhdid deyilik. Ancaq siz bizə qarşı qəbuledilməz təhdid yaradırsınız və buna cavab vermək məcburiyyətindəyik. Bu zaman Çin belə Şimali Koreya və Pyonyanqı müdafiə edə bilməyəcək.”

  Respublikaçı senator Lindsey Qraham isə NBC televiziya kanalında belə deyib: “Şimali Koreya raket proqramına davam edərsə, Tramp müharibə edəcək. Trampın dediyi kimi, bu müharibə olarsa, orada olacaq. Minlərlə adam ölərsə, orada öləcək, burada deyil.”



Әlaqәli Xәbәrlәr