ABŞ-ın Çin Konsulluğuna silahlı hücum

Konsulluğun bağlı olduğu saatlarda binaya gedən bir adam dəfələrlə atəş açdıqdan sonra sonra intihar edib.

782235
ABŞ-ın Çin Konsulluğuna silahlı hücum

  Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində yerləşən Çin Konsulluğuna silahlı hücum təşkil olunub.

  Konsulluğun bağlı olduğu saatlarda binaya gedən bir adam dəfələrlə atəş açdıqdan sonra sonra intihar edib.

  Binada maddi ziyan dəyib. Atəş açanın kimliyi hələ açıqlanmayıb.

  Çin xəbər agentlikləri təcavüzkarın 60 yaşlarında və bir asiyalı olduğunu yazır.

  Çin Konsulluğu hadisənin narahatlıqverici olduğunu bildirib və amerikalı səlahiyyətlilərdən hücumun işıqlandırılmasını istəyib.

  Qeyd edək ki, 2011-ci ildə də buna bənzər hadisə baş vermiş, Çin əsilli bir adam Konsulluğun binasına atəş etdiyi üçün həbs olunmuşdu.



Әlaqәli Xәbәrlәr