Sani ABŞ, İngiltərə və fransalı həmkarlarıyla Körfəz böhranını müzakirə etdi

Ə.Sani ABŞ Xarici İşlər naziri Reks Tillerson, İngiltərə Xarici İşlər naziri Boris Conson və Fransa Xarici İşlər naziri Jan İv Le Driana (Jean-Yves Le Drian) zəng edərək Körfəzdəki son proseslərdən danışıb.

781107
Sani ABŞ, İngiltərə və fransalı həmkarlarıyla Körfəz böhranını müzakirə etdi

  Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman Sani Amerika Birləşmiş Ştatları, İngiltərə və fransalı həmkarlarıyla Körfəz böhranını müzakirə etdi.

  Ə.Sani ABŞ Xarici İşlər naziri Reks Tillerson, İngiltərə Xarici İşlər naziri Boris Conson və Fransa Xarici İşlər naziri Jan İv Le Driana (Jean-Yves Le Drian) zəng edərək Körfəzdəki son proseslərdən danışıb.

  Sözü gedən üç ölkənin xarici işlər nazirləri Körfəz söhbətlərində böhranın dialoq yolu ilə həll edilməsini dəstəklədiklərini bildiriblər.

  Qeyd edək ki, Qətər və bəzi ərəb ölkələri arasındakı böhran 5 iyundan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir hökumətlərinin Qətərlə bütün diplomatik əlaqələri kəsmələriylə başlayıb. Qətərə mühasirə tətbiq edən bu 4 ölkə əlaqələrin düzəldilməsi üçün 13 maddəlik tələb siyahısı təqdim edib, Qətər isə beynəlxalq hüquqa zidd heç bir tələbin qəbul edilməyəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr