Qətər Dünya Ticarət Təşkilatına müraciət etdi

Qətər ölkəyə tətbiq edilən boykot qərarının ticarət, xidmət və digər bir sıra əsaslara dair hüquqları pozduğunu irəli sürürək Dünya Ticarət Təşkilatına şikayət edib.

781125

Rəsmi Dohanın müraciəti ilə Körfəz ölkələri ilə yaşanan ticarət sahəsindəki problemlərin həlli üçün 60 günlük müddət də beləliklə başlayıb.

Qətərin Dünya Ticarət Təşkilatındakı nümayəndəsi Əli Əl Vəlid əl-Sani bu müddət ərzində məsələ həllini tapmayacağı təqdirdə boykota ölkəsinin də cavab verəcəyini açıqlayıb.

Digər tərəfdən əl-Sani mövzunun BMT Beynəlxalq Mülki Aviasiya Təşkilatının yığıncağında da gündəmə salınacağını vurğulayıb.

Qeyd edək ki, Körfəzdəki böhran iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin Qətər ilə bütün diplomatik ələqalərini kəsmələrilə başladı.

Qətərə sanksiya tətbiq edən 4 ölkə ələqalərin normallaşması üçün rəsmi Dohaya 13 maddən ibarət tələb siyahısı təqdim etdi, Qətər isə beynəlxalq hüququn ziddinə olan heç bir tələbin qəbul edilməyəcəyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr