ABŞ "Suriyada DAEŞ-ilə mübarizə" adı altında terrorçulara silah göndərir

ABŞ-ın liderlik etdiyi Birləşmiş Qüvvələr Hərəkatı Rakka şəhər mərkəzinə əməliyyatın 6 iyundan başladığını bildirsə də, özü separatçı terror təşkilatı PKK/PYD-yə 2016-cı ilin aprel ayından bu yana hərbi yardım etməkdədir.

781098
ABŞ "Suriyada DAEŞ-ilə mübarizə" adı altında terrorçulara silah göndərir

  Amerika Birləşmiş Ştatları separatçı terror təşkilatı PKK/PYD-yə "Suriyada DAEŞ-ilə mübarizə" adı altında hərbi vəsait və sursat dolu 100 yük maşını (TIR) göndərib. Maşınlar İraq sərhədindən keçərək terror təşkilatının nəzarətindəki Rakkanın şimalında yerləşən Haseke şəhərinə daxil olub. Hərbi vəsait arasında ABŞ ordusunun istifadə etdiyi, yüksək hərəkət qabiliyyətli zirehli "Hummer"lər, 4x4 Cipləri və kranlar var.

  Qeyd edək ki, ABŞ 5 iyunda 60, 12 iyunda 20, 16 iyunda 50 və 21 - 26 iyunda 120, 5 iyulda 82, 9 iyulda 102, 13 iyulda 95, 17 iyulda 100 , 22 iyulda 100, 27 iyulda 80 olmaqla ümumi hesabla 809 böyük yük maşınlarını terror təşkilatı PKK/PYD-nin yerləşdiyi bölgəyə göndərib.

  ABŞ Müdafiə Nazirliyi Pentaqondan əldə edilən sənəddə Suriyada terror təşkilatı PKK/PYD-nin içində olduğu qruplara veriləcək sursat siyahısında 12 min Kalaşnikov avtomatı, marka tüfənglər, 6 min pulemyot, 3500 ağır pulemyot, 3 min Amerika istehsalı RPG-7, min Amerika istehsalı AT-4 və Rusiya istehsalı SPG-9 tankvuran silahlar var. Sənəddə həmçinin eyni çərçivədə müxtəlif kalibrli 235 hava topu, 100 snayper tüfəngi, 450 PV-7 tipli gecə durbini və 150 ​​infraqırmızı lazer işıqlandırıcı dürbinin də terror təşkilatına çatacağı məlumatı yer alır.

  ABŞ-ın liderlik etdiyi Birləşmiş Qüvvələr Hərəkatı Rakka şəhər mərkəzinə əməliyyatın 6 iyundan başladığını bildirsə də, özü separatçı terror təşkilatı PKK/PYD-yə 2016-cı ilin aprel ayından bu yana hərbi yardım etməkdədir.



Әlaqәli Xәbәrlәr