ABŞ Maduronu qara siyahıya saldı

Qərara əsasən Maduronun ABŞ-dakı bütün mal varlığı da donduruldu, amerikalılarla əlaqə yaratması qadağan edildi.

781138
ABŞ Maduronu qara siyahıya saldı

  Amerika Birləşmiş Ştatları hökuməti Venesuelada konstitusiyanın yenidən yazılması üçün təşkil edilən qurucu məclis seçkisindən sonra ölkənin prezidenti Nikolas Maduro haqqında sanksiya qərarı verib.

  ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Xəzinə Yoxlama Bürosundan (OFAC) verilən yazılı məlumata görə, “Venesuela prezidenti Nikolas Madura ölkəsində avtoritar rejim qurmağa cəhdlər göstərdiyi üçün ona sanksiya tətbiq edilir. Venesuelada dünən (31 iyul) reallaşan qurucu məclis seçkisi demokratik yolla qurulan Milli Məclisin konstitusiya hüquqlarını qəsb etməyi hədəfləyir. Bu seçki Venesuelanın konstitusiya və demokratik nizamı üçün bir parçalanmadır. Maduro rəhbərliyi qurucu məclis seçkisini Venesuela xalqının və dünyadakı demokratik hökumətlərin qüvvətli şəkildə qarşı çıxmasına baxmayaraq reallaşdırdı."

  ABŞ Maliyyə naziri Stiven Mnuçin də sanksiya qərarıyla bağlı şərh verib, deyib: "Edilən qeyri-qanuni seçkilər Maduronun Venesuela xalqının iradəsini nəzərə almayan bir diktator olduğunu təsdiq etdi. ABŞ Maduroya qarşı sanksiya qərarı verdi, rejimin siyasətinə qarşı çıxdı və ölkənin yenidən tam və firavan demokratiyaya geri dönməsini istəyən venesuelalıları dəstəkləyir”.

  Qərara əsasən Maduronun ABŞ-dakı bütün mal varlığı dondurulub, amerikalılarla əlaqə yaratması qadağan edilib.



Әlaqәli Xәbәrlәr