Rusiya ABŞ-ın Rusiyadakı diplomatik missiya sayını 755 nəfər azaldacaq

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiya sayını 755 nəfər azaldacağını açıqlayıb.

780326
Rusiya ABŞ-ın Rusiyadakı diplomatik missiya sayını 755 nəfər azaldacaq

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı diplomatik missiya sayını 755 nəfər azaldacağını açıqlayıb.

Putin bunu rus xəbər saytı “Vesti.ru”ya verdiyi müsahibədə deyib.

ABŞ-ın Rusiyada mindən artıq diplomatik missiyasının olduğunu qeyd edən Putin ABŞ ilə əlaqələrinin yaxşılacağına dair ümidinin olduğunu, ancaq yaxın gələcəkdə bunun mümkün olmadığını, qəbul edilən qərardan sonra Rusiyadakı vəzifəsi sona çatacaq ABŞ-lı diplomatik missiya sayının xeyli  çox olduğunu bildirib.

 Rusiya ilə ABŞ arasındakı ticarət həcminin Çin yaxud da Avropa İttifaqı ilə müqayisədə də xeyli aşağı səviyyədə olduğunu vurğulayan Putin qeyd edib ki, iqtisadi əlaqələrlə bağlı olaraq bir sıra tədbirlərin görülüb görülməyəcəyinə dair dəyərləndirmələr davam edir. Ancaq böyük potensiyala baxmayaraq iki ölkə arasındakı ticarət həcmi də xeyli aşağı səviyyədədir.

Putin Suriyadakı əməkdaşlıq və kütləvi qırğın silahlarının istifadəsinə dair atılan addımlara da toxunaraq deyib ki, bu addımlar iki ölkə arasındakı əməkdaşlığın önəmli ünsürləridir. Suriyada gərginliyin azaldılması üçün müəyyən bölgələr yaradılmasına dair razılaşma da birgə fəaliyyətlərin konkret nəticəsidir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin cümə gün verdiyi açıqlamada Rusiyaya tətbiq edilməsi gözlənilən yeni sanksiyalara qarşı ABŞ-dan Rusiyadakı diplomatik missiya sayını, Rusiya Səfirliyinin ABŞ-dakı missiya sayı olan 455 nəfərlə ixtisar etməsi və ABŞ-ın Moskva Səfirliyinin istifadə etdiyi anbarların və Serebriyani Bor məntəqəsində yerləşən yay evindən də istifadə edilməməsinin istəndiyi bildirilmişdi.



Әlaqәli Xәbәrlәr