Rəsmi Doha xəbərləri təkzib etdi
Rəsmi Doha qətərliləri həccə qəbul etmədiyinə dair xəbərləri təkzib etdi.
Rəsmi Doha qətərliləri həccə qəbul etmədiyinə dair xəbərləri təkzib etdi.
Qətər Vəqflər və İslami İşlər Nazirliyi açıqlama verərək bildirib ki, Səudiyyə Ərəbistanı mətbuatındakı yalan xəbərlər böhranın yaranmasından sonra Qətər dövlətinə qarşı başladılan kampaniyalar çərçivəsindədir. Belə xəbərlər həqiqətləri təhrif etmə və qətərli zəvvarlara manə törətmə cəhdləridir.
Açıqlamada Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin vəziyyətin "Krallığın yüksək səviyyəli səlahiyyətlilərin əlində" olduğunu səbəb göstərərək, zəvvarların təhlükəsizliyi və işlərin asanlığını təmin etmə mövzusunda Qətər Vəqflər və İslami İşlər Nazirliyi ilə əlaqə saxlamadığı ifadə edilib.
İslamın əsaslarından biri olan həcc ziyarətini siyasileştirme səylərinin kədərlə qarşılandığı ifadə edilən açıqlamada bu vəziyyətin bir çox müsəlmanı həccdən məhrum buraxa biləcəyi qeyd edilib.
Qətər Vəqflər və İslami İşlər Nazirliyi Həcc və Ümrə İdarəsinin müdiri Əli Sultan əl-Müseyfiri də hər il olduğu kimi keçən mart ayında qətərli vətəndaşlar üçün bir ay ərzində həcc qeydiyyat idarəsinin açıq olduğunu və bu müddət ərzində 20 min adamın qeydiyyatdan keçdiyini bildirib.
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr Bəhreynin paytaxtı Manamada Qətər böhranı ilə əlaqədar olaraq mətbuata verdiyi açıqlamada Qətərin həcc məsələsini siyasileştirme cəhdlərini rədd etdiklərini bildirib. “Səudiyyə Ərəbistanı qətərli zəvvarları digər bütün müsəlmanlar kimi müqəddəs torpaqlarda qəbul etməkdən məmnunluq duyacaqdır. Heç bir ölkənin bunu siyasileştirmesini və fərqli məqsədləri üçün istifadə etmsini qəbul etmirik "- deyə nazir vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirdi
Bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi - KCNA məlumat yayıb