"Bizim raket sınaqlarımız mənasız yerə şeypur çalan ABŞ-a ciddi xəbərdarlıqdır”, K.Ç.İn

Şimali Koreya lideri Kim Çen İn ballistik raketlə Amerika Birləşmiş Ştatlarını vura biləcəyini söyləyib.

780149
"Bizim raket sınaqlarımız mənasız yerə şeypur çalan ABŞ-a ciddi xəbərdarlıqdır”, K.Ç.İn

   Rəsmi xəbər agentliyi KCNA-nın xəbərinə görə, Kim Çen İn mərmi sınağından böyük məmnuniyyət duyduğunu bildirib: “Aparılan son sınaq ölkənin qitələrarası ballistik mərmi proqramının etibarlılığını yenidən təsdiq etdi. Hər an hər bölgə və mövqeyə mərmi atmaq mümkündür, ABŞ-a da… Bizim raket sınaqlarımız döyüş təhdidləri və böyük sərmayələriylə mənasız yerə şeypur çalan ABŞ-a ciddi xəbərdarlıqdır.”

  Qeyd edək ki, atılan “Hwasong-14” raket mərmisi 998 kilometr yol qət edərək 3725 kilometr yüksəkliyə qalxıb və Yaponiya yaxınlığında dənizə düşüb.

  Cənubi Koreya rəsmi agentliyi “Yonhap”ın xəbərinə görə, Cənubi Koreya prezidenti Mun Cey İn (Moon Jae-İn) Şimali Koreyanın raket sınağından sonra Milli Təhlükəsizlik Şurasını toplayıb, Müdafiə Nazirliyindən sərt qarşılıq vermək üçün tədbirər görülməsini tələb edib. Cənubi Koreya Müdafiə naziri Sonq Younq Mu ölkənin ABŞ-la qurudan quruya raket manevri reallaşdırdığını və yarımadaya daha çox strateji hərbi avadanlıq gətiriləcəyini bildirib.

  ABŞ Xarici İşlər naziri Reks Tillerson etdiyi şərhdə getdikcə böyüyən təhdidin qarşısını almaq üçün ölkələrə çağırış edib: “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası qərarları artıq neçənci dəfədir ki, açıq-aşkar şəkildə pozulur… Rusiya və Çin Şimali Koreyanın nüvə silahı və ballistik raket proqramına başlıca iqtisadi imkan təmin edən ölkələrdir. Vaşinqton rəhbərliyi Koreya Yarımadasında nüvə silahlarının yox edilməsi üçün Şimali Koreyaya xəbərdarlıq edir… ABŞ nüvə silahlı bir Şimali Koreyanı heç bir zaman qəbul etməyəcək."



Әlaqәli Xәbәrlәr