Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verdi

Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib.

779446
Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verdi

Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib.

Bu barədə Tomomi İnada özü mətbuat konfransında bildirib.

Onun istefa verməsinə səbəbin isə Cənubi Sudandakı Yaponiya sülhməramlıları ilə bağlı yayılmış sənədlərin olduğu açıqlanıb.

Nazir "Bununla əlaqədar mən məsuliyyət daşıyıram və bu səbəbdən də istefa verirəm. Ərizəmi bu gün baş nazir Sindzo Abeyə təqdim etmişəm. Ərizəm qəbul olunub", - deyə əlavə edib.

İstintaqdan sonra "uyğunsuz" rəftar etdiyi ortaya çıxan səlahiyyətlilərə görə dərin kədər duyduğunu dilə gətirən İnada sənədlərin gizlədilməsini əmr etdiyini isə qəbul etməyib.

 



Әlaqәli Xәbәrlәr