Çində daşqınlar həyatı ifliç edib

Çinin Şaanşi əyalətini  təsiri  altına  alan daşqınlarda  8 nəfər  həyatını itirib,  bir  nəfər  də  itkin düşüb.

779301
Çində daşqınlar həyatı ifliç edib

Əyalətin Yuli şəhərində güçlü yağışlar nəticəsində  baş verən sel fəlakətindən  təsirlənən 71 min 300  nəfər   evakuasiya edilib.

2 min 200 hektar kənd təsərrüfatı sahəsi suların altında qalan şəhərdə iqtisadi zərərin 230 milyon Yuen (təxminən 34 milyon dollar) olduğu bildirilir.

İnformasiya və nəqliyyatın da mənfi təsirləndiyi bölgədə, yağışların bazar gününə qədər yağacağı  proqnozlaşdırılır.

 



Әlaqәli Xәbәrlәr