ABŞ-da sanksiya haqqında sənəd qəbul edildi

ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar  haqqında sənədi qəbul etdi.

779087
ABŞ-da sanksiya haqqında sənəd qəbul edildi

ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar  haqqında sənədi qəbul etdi. 

Senatorların 98 sənədin lehinə, 2 isə əleyhinə səs verdi. 

Sənəd prezident Donald Trampın təsdiqləməsi üçün təqdim ediləcək.

Prezident Trampın daha əvvəl əleyhinə olduğu sənəd ilə əlaqəli olaraq veto hüququndan istifadə edib etməyəcəyi diqqət mərkəzindədir.

Sənəd Rusiyaya Ukraynadakı addımları ilə əlaqəli yeni sanksiyalar gətirdikdə, İrana nüvə və ballistik raket proqramına, Şimali Koreyaya isə insan haqları pozuntularına görə yeni sanksiyaları nəzərdə tutur.

Rusiyaya yeni maliyyə sanksiyaları da gətirən sənəd əvvəlki prezident Obamanın prezidentlik qərarnamələri ilə Moskvaya tətbiq etdiyi sanksiyaları da qanunlaşdırır.

Digər tərəfdən sanksiyaların hədəfindəki ölkələrdən də ABŞ-na ağır tənqidlər yönəldilir.

Şimali Koreya və İrandan sonra dünən Rusiya da mövzuyla əlaqəli açıqlama verdi.

Rusiya dövlət başçısı Vladimir Putin bəyanat verərək ölkəsinə qarşı küstaxlıqlara qarşı əbədiyyətə qədər dözüm göstərə bilməyəcəklərini söyləyib.

Finlandiyada rəsmi səfərdə olan Putin “qeyri-qanuni sanksiyalarla rus diplomatları ABŞ-dan çıxararaq və rus diplomatik mülklərinin müsadirə edilərək Moskvanın uzun müddətdir təhrik edildiyini” irəli sürüb.

Putin “Bildiyiniz kimi Rusiya sanksiyalar mövzusunda səbirli rəftar edir. Ancaq cavab vermək məcburiyyətində qalacağımız zaman da gələcək” deyə bildirib.

ABŞ-ın qüvvəyə mindirməyə hazırlaşdığı sanksiyalara Avropa İttifaqı da etiraz edir.



Әlaqәli Xәbәrlәr