Dünya daşqınlar və yanğın fəlakətlərinin cəngindədir

Qlobal istiləşmənin təsirləri özünü göstərir, şimal yarımkürə yanğın və daşqın fəlakətləri ilə qarşı-qarşıyadır.

778866
Dünya daşqınlar və yanğın fəlakətlərinin cəngindədir
Thuringen flood.jpg

Qlobal istiləşmənin təsirləri özünü göstərir, şimal yarımkürə yanğın və daşqın fəlakətləri ilə qarşı-qarşıyadır.

Fransada meşələr yanmaqda davam edir.

 Fransanın Aralıq dənizi sahillərində yanğın söndürmə təyyarələri və helikopterlərlə minlərlə xilasedici yanğını söndürmək üçün fəalliyətləri davam etdirir.

 Yanğına nəzarət edə bilməyən Fransa, Avropa İttifaqı (Aİ) ölkələrindən yardım istəyib.

Yanğınlar məşhur tətil mərkəzləri St Tropez (Sen Trope) və Marsilyanı da təhdid edir.

Portuqaliyada də həddindən artıq isti və küləklərin təsiriylə sürətlə yayılan meşə yanğınları söndürülə bilmir.

Xeyli sayda yaşayış mərkəzi boşaldılıb, bəzi yollar bağlanıb.

Almaniya isə sel sularının cəngindədir.

Almaniyanın mərkəzi regionları, ilk növbədə Aşağı Saksoniya və Saksoniya-Anhalt daşqınlardan əziyyət çəkib. Çayların çoxunda artıq ən yüksək olan dördüncü həyəcan səviyyəsi elan edilib. Yanğınsöndürmə briqadaları zirzəmilərə dolmuş suyu fasiləsiz olaraq nasosla çəkir və əlverişsiz hava şəraiti ilə bağlı digər çağırışlara tələsirlər.

Çində isə iri dolu avtomobil şüşələrini sındırıb.

Çinin şimal-şərqində günlərdir davam edən yağış səbəbiylə çayların suyu körpülərin üzərindən axır.

Məskunlaşma mərkəzləri də su altında.

Banqladeşdə də paytaxt Dakkanın küçələri sel sularından kanallara çevrilib.



Әlaqәli Xәbәrlәr