Pxenyan rəhbərliyi ABŞ-nı nüvə zərbəsiylə hədələyib

Şimali Koreyanın rəsmi informasiya agentliyi KCNA-nın xəbərinə görə, Pxenyan rəhbərliyi, ABŞ Kəşfiyyat Təşkilatı (CIA)-nin rəhbəri Mike Pompeonun təhdid xarekterli sözlərinə kəskin reaksiya verib.

777674
Pxenyan rəhbərliyi ABŞ-nı nüvə zərbəsiylə hədələyib

CIA-nin rəhbəri Mike Pompeon ötən həftə baş tutan beynəlxalq bir yığıncaqda şimali Korayanın "təhlükəsizliyi təhdid edəcək nüvə silah istehsal etməsi halında, bu ölkədə rejim dəyişikliyi mövzusunun gündəmə daxil edilə biləcəyini qeyd etmişdi.

Şimali Koreya Xarici İşlər Nazirliyinin  mövzu ilə əlaqəli açıqlamasında: “ Əgər ABŞ, Şimali Koreya liderliyini hakimiyyətdən  kənarlaşdırmaq  üçün cəhd edərsə gedərək ABŞ-na nüvə zərbələri endirməkdən imtina etmərək. Pompeonun  sözləri Trump rəhbərliyinin əsas məqsədinin ölkəmizdə rejimi dəyişdirmək  olduğunun göstəricisidir” deyilib.



Әlaqәli Xәbәrlәr