Ərəb Birliyi və BMT Təhlükəsizlik Şurası Əl-Əqsada yaşanan gərginliyə görə yığıncaq keçirəcək

Ərəb Birliyi İsrailin Qüds və Əl-Əqsa məscidində artan qanun pozuntularına görə növbədən kənar yığıncaq keçirmə qərarı alıb.

776065
Ərəb Birliyi və BMT Təhlükəsizlik Şurası Əl-Əqsada yaşanan gərginliyə görə yığıncaq keçirəcək

Ərəb Birliyi İsrailin Qüds və Əl-Əqsa məscidində artan qanun pozuntularına görə növbədən kənar yığıncaq keçirmə qərarı alıb.

Bu, Ərəb Birliyinin  yazılı açıqlamasına bildirilib.

Birliyin Baş katibi Əhməd Əbu Gayt da mətbuata verdiyi açıqlamada deyib ki, İsrailin illərlə davam etdirdiyi Qüds və Əl-Əqsaya qarşı planlarını qınayırıq. Qüds qırmızı xəttimizdir. Ərəb və Müsəlmanlar ona zərər gəlməsini qəbul etməz. İsrail hökuməti odla oynayır.

Digər tərəfdən, İsveç, Fransa və Misir, BMT Təhlükəsizlik Şurasını Əl-Əqsada yaşanan gərginliyin azaldılmasını təmin etmək üçün yığıncağa çağırıb.

İsveçin daimi nümayəndəsinin sözçüsü Carl Skau sosial şəbəkə hesabında yaydığı açıqlamasında Qüdsdə gərginliyin necə azaldıla biləcəyini müzakirə etmək üçün Təhlükəsizlik Şurasını Fransa və Misir ilə təcili yığıncağa çağırdıqlarını bildirib.

İsrail polisi Əl-Əqsada iyulun 14-də silahlı hücumda iştirak etdiyini irəli sürdüyü 3 fələstinlini öldürmüş, hadisədə yaralanan 2 İsrail polisinin isə yerləşdirildikləri xəstəxanada öldüyünü açıqlamışdı.

Hadisədən sonra Əl-Əqsa məscidini ibadətə bağlayan İsrail təhlükəsizlik qüvvələri Hərəm-i Şərifin iki qapısını daha sonra açmış, ancaq bu dəfə də qapılara metal yoxlama cihazları yerləşdirmişdi.

Əl-Əqsada qılınmasına maneə törədən İsrail polisi ilə bu cihazları keçmək istəmədiyi üçün toqquşan fələstinlilərin 3-ü həyatını itirərkən, onlarla fələstinli isə yaralanıb.



Әlaqәli Xәbәrlәr