Əl-Əqsa məscidində gərginlik

İsrail Əl-Əqsa məscidinin Arslanlı qapısının (Əl-Esbat) qarşısına təhlükəsizlik kameraları yerləşdirib.

775997
Əl-Əqsa məscidində gərginlik

İsrail Əl-Əqsa məscidinin Arslanlı qapısının (Əl-Esbat) qarşısına təhlükəsizlik kameraları yerləşdirib.

Şahidlər Arslanlı  qapının qarşısındakı  hündür nöqtələrə təhlükəsizlik kameraları yerləşdirildiyini bildiriblər.

İsrailin “Kanal 2” telekanalı məscidin qapılarına yerləşdirilən metal yoxlama cihazlarının səbəb olduğu ciddi gərginliyə görə götürüldüyünü açıqlamışdı.

Xəbərdə irəli sürülüb ki, İsrail bunun əvəzinə məscidin qapılarında əl cihazları ilə yoxlama aparacaq polis əməkdaşları yerləşdirəcək. Qüds Polis müdiri Yoram Ha-Levy və Qüds Bələdiyyəsinin sədri Nir Bərəkatın bu addıma dəstək verdiyi də açıqlanmışdı. Ancaq kaməraların yerləşdirilməsindən əvvəl Regional Əməkdaşlıq naziri Tzachi Hanegbi Əl-Əqsa məscidinin ətrafına yerləşdirilən metal yoxlama cihazlarının götürülməyəcəyini bildirmişdi.

Fələsdin Dövlət rəhbəri Mahmud Abbas isə Əl-Əqsanın qapılarına elekron metal cihazların yerləşdirilməsinə icazə verilməyəcəyini söyləyib.

Abbas bunu İordan çayının qərb sahilinin Ramallah şəhərində keçirilən Fələstin Alimləri İkinci Milli Forumunda etdiyi çıxışda deyib. Bildirib ki, Əl-Əqsa üzərindəki suverenlik haqqı bizimdir. Əl-Əqsaya biz nəzarət etməliyik, qapılarında biz keşik çəkməliyik.



Әlaqәli Xәbәrlәr