İsrail ordusu nəzarət mərkəzinə iki raket fırladıb

İsrail ordusunun “HƏMAS”ın hərbi qolu İzəddin əl Kassam Briqadalarına məxsus bir mövqeyi bombaladığı bildirilib.

775951
İsrail ordusu nəzarət mərkəzinə iki raket fırladıb

İsrail ordusunun “HƏMAS”ın hərbi qolu İzəddin əl Kassam Briqadalarına məxsus bir mövqeyi bombaladığı bildirilib.

Şahidlərin məlumatına əsasən, Kissifum hərbi bazasında yerləşən topçu dəstəsi  Xan Yunisdə Kassam Briqadalarına məxsus nəzarət mərkəzinə iki raket fırladıb. Hadisə nəticəsində ölən olmayıb, bazada fəallıq olduğu bildirilib.

Digər tərəfdən İsrailin hərbi qayıqlarından Qəzzanın cənub sahillindəki balıqçı qayıqlarına atəş açıldığı, hadisədə ölən olmadığı qeyd edilib.

İsraildə internet qəzetlərində isə raket hücumlarının Qəzzadan sərhəd məntəqəsindəki Eşkol bölgəsinə raket atılmasından sonra reallaşdığı irəli sürülüb.

İsrail ordusu hələ də rəsmi açıqlama yaymayıb.



Әlaqәli Xәbәrlәr