‘‘ABŞ-ın Suriyadakı fəaliyyəti hüquqi əsaslara söykənmir’’

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov  deyib.

775379
‘‘ABŞ-ın Suriyadakı fəaliyyəti hüquqi əsaslara söykənmir’’

Rusiyanın xarici işlər naziri Sergey Lavrov  Amerika Birləşmiş Ştatlarının  Suriyadakı fəaliyyətlәrinin hüquqi əsaslarının  olmadığını bildirərək:"Bu səbəbdən ABŞ Suriyadakı bazalarını ifşa etmir" deyə qeyd edib.

Paytaxt Moskvada jurnalistlərin suallarını cavablayan Sergey Lavrov, Rusiyanın, Suriya ilə qarşılıqlı imzaladığı müqavilələr nəticəsində  bu ölkədəki fəaliyyətlərini davam etdirdiyini qeyd edib.

Sergey Lavrov Rusiya və ABŞ-ın Suriyadakı birgə hədəfinin terrorla mübarizə və siyasi sabitlik olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr