Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Şimali Koreyadan silah aldığı iddiası

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda olan Körfəz İşləri İnstitutunun 18 iyunda yayımladığı hesabatında ABŞ Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən bəzi gizli sənədlər əks olunub.

774726
Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Şimali Koreyadan silah aldığı iddiası

  Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Şimali Koreyadan silah aldığı iddiası davam edir.

  Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda olan Körfəz İşləri İnstitutunun 18 iyunda yayımladığı hesabatda ABŞ Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən bəzi gizli sənədlər əks olunub.

  Bildirildiyinə görə, hesabatda yazılan və Şimali Koreya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında olan əlaqələrlə bağlı məlumatlar Əmirliyin ABŞ-dakı səfiri Yusuf Uteybenin imeil adresindən hakerlər tərəfindən ələ keçirilib.

  Sənədlərdə Bağırın Birləşmiş Millətlər Təşkilatı məlumatına əsasən mərkəzi Birləşmiş Ərəb Əmirliklərində olan "Mütləq Ticarət" (Al Mutlaq Trading) şirkəti və rəhbəri Əbdürrəhmanın Şimali Koreya Mədənçilik İnkişaf Ticarət Təşkilatına (KOMİDİ) təxminən 100 milyon dollarlıq silah satışı müəyyən olunur. Bunlar tüfəng, pulemyot, raket və digər çox sayda silah-sursat avadanlığıdır.

  "Bu məlumatlar ABŞ-ı ciddi şəkildə narahat edir" sözləri yazılan hesabatda o da qeyd olunur ki, “KOMİD-in fəaliyyəti BMT Təhlükəsizlik Şurası (BMGK) tərəfindən qadağan edilir və BMT üzvü olan bütün ölkələrdə təşkilatla bağlı hər hansı ticarət əlaqəsi qurulmaması xəbərdarlığı çatdırılır”.



Әlaqәli Xәbәrlәr