ABŞ Orta Şərqdən qalxan bütün təyyarələrdə laptop qadağasını qaldırdı

Səudiyyə Ərəbistanı Hava Yolları qadağanın qüvvədə olduğu son hava yolu şirkəti idi.

774718
ABŞ Orta Şərqdən qalxan bütün təyyarələrdə laptop qadağasını qaldırdı

  Amerika Birləşmiş Ştatları Orta Şərqdən qalxan bütün təyyarələrdə dizüstü kompüter (laptop) qadağasını qaldırdı.

  ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə bağlı Nəqliyyat Təhlükəsizliyi İdarəsi Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı Kral Xalid Beynəlxalq Hava limanının da qadağa əhatəsindən çıxarıldığını bildirib. Səudiyyə Ərəbistanı Hava Yolları qadağanın qüvvədə olduğu son hava yolu şirkəti idi.

  Xatırladaq ki, Amerika orqanları keçən ilin mart ayından böyük ölçülü elektron cihazların sərnişin kabinəsinə daxil olmasını qadağan etmişdi. Bu yasaq aralarında Türkiyə Hava Yollarının da olduğu 9 Orta Şərq ölkəsinin hava yolları şirkətinə şamil olunurdu.

  Hal-hazırda ABŞ-ın elektron cihaz qadağasını qaldırıldığı hava yolları şirkətləri bunlardır: Emirates Etihad, Qətər, Türkiyə (THY), Səudiyyə Ərəbistanı, İordaniya Kral, Küveyt, Misir və Mərakeş Kral hava yolları.

  İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a girişini qadağan edən qərar məhkəmələr tərəfindən qaldırılana qədər bu ölkələrədə də təyyarə kabinəsində elektron əşya qadağası qüvvədə qalacaq.



Әlaqәli Xәbәrlәr