ABŞ, İraq Kürd Regional Rəhbərliyinin referendum qǝrarına  reaksiya verib

ABŞ-nın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Haley, İraq Kürd Regional Rəhbərliyinin sentyabrda referenduma çıxarmağı planladığı müstəqillik mövzusu, diqqətləri prioritetli hədəflərdən başqa istiqamətə yönəldəcəyini bildirib.

773330
ABŞ, İraq Kürd Regional Rəhbərliyinin referendum qǝrarına  reaksiya verib

Haley, BMT Baş katibinin İraq üzrə xüsusi nümayəndəsi Jan Kubis ilə görüşdükdən sonra verdiyi yazılı açıqlamada, Kubis ilə İraqda Mosulun terror təşkilatı DEAŞ-dan xilas edildikdən sonrakı vəziyyəti və qaçqınların yenidən evlərinə qayıtmaları mövzusunu müzakirə etdiklərini bildirib.

İraqlı kürdlərin legitim tələblərinə hörmətlə yanaşdıqlarını ifadə edən Haley, müstiqillik mövzusunun referenduma çıxarılması İraq üçün prioritet olan DEAŞ-a qarşı mübarizə və ölkədə sabitliyin bərpası kimi hədəflərdən diqqetlərin yayınmasına səbəb olar. Bu səbəbdən qərarı müsbət qarşılamırıq” deyib



Әlaqәli Xәbәrlәr