ABŞ  İrana  qarşı  yeni sanksiyalar  tǝtbiq  etmǝyǝ  başlayıb

ABŞ Xəzinə  nazirliyi  və dövlǝt departamenti yeni sanksiyalar siyahısına 18 fiziki və hüquqi şəxsin  daxil edildiyini  bildirib.

773361
ABŞ  İrana  qarşı  yeni sanksiyalar  tǝtbiq  etmǝyǝ  başlayıb

Sanksiyaların ballistik raketlərin istehsalı ilə əlaqəli olan şəxslər və qurumlara qarşı qəbul edildiyi qeyd olunur. Siyahıya İran ordusu və İran İnqilab Keşikçiləri Korpusuna dəstək göstərən şəxslər və təşkilatlar habelə ölkədə fəaliyyət göstərən adı çəkilməyən “kriminal qruplaşma” daxil edilib. Siyahıya daxil  edilǝn  şǝxslǝrin  ölkǝ  daxilindǝki   mal  varlıqları  da  dondurulub.

 



Әlaqәli Xәbәrlәr