Avropa İttifaqı Liviyaya qarşı qeyri-adi qadağanedici tədbirlər qəbul edib

Qərara əsasən bu ölkəyə hava ilə doldurulan qayıqlar, eləcə də daşına bilən qayıq mühərriklərinin tədarükü qadağan edilib.

772473
Avropa İttifaqı Liviyaya qarşı qeyri-adi qadağanedici tədbirlər qəbul edib

Avropa İttifaqı Liviyaya qarşı qeyri-adi qadağanedici tədbirlər qəbul edib.

Məlumatına görə, qərara əsasən bu ölkəyə hava ilə doldurulan qayıqlar, eləcə də daşına bilən qayıq mühərriklərinin tədarükü qadağan edilib.

Bununla Aİ Aralıq dənizi vasitəsilə Avropaya keçmək istəyən miqrantlar üçün üzmə vasitələrinin sayını məhdudlaşdırmaq niyyətindədir.

Birləşmiş Millətlər Təşkilatının  məlumatına görə,  2017-ci ilin birinci yarısında 80 mindən çox qaçqın dəniz yolu ilə İtaliyaya keçib.  Həmin dövrdə təxminən 2 min adam  dənizdə boğularaq həyatını itirib.



Әlaqәli Xәbәrlәr