ABŞ lazer silahını sınaqdan keçirdi

Amerika Birləşmiş Ştatları Donanması Bəsrə körfəzində dünyanın  pilotsuz uçan aparat (PUA) məhv edən ilk lazer silah sistemini (LaWS) sınaqdan keçirdi.

773062
ABŞ lazer silahını sınaqdan keçirdi

Amerika Birləşmiş Ştatları Donanması Bəsrə körfəzində dünyanın  pilotsuz uçan aparat (PUA) məhv edən ilk lazer silah sistemini (LaWS) sınaqdan keçirdi.
 
 CNN televiziyasının xəbərinə görə, USS Ponce adlı amfibia nəqliyyat gəmisinə yerləşdirilən LaWS  təyin olunan hədəfləri uğurla məhv edir.
 
 Hərbi rəsmilər LaWS-un  sınaqlar zamanı fərq edilmədiyini və səssiz olduğunu vurğulayırlar. 
 
CNN-ə müsahibə verən USS Ponce kapitanı Christopher Wells:"Lazer silahı güllədən daha həssasdır. LaWS yalnız müəyyən mühitdəki  (quru-hava-dəniz) hədəflərə deyil, çox müxtəlif hədəflərə qarşı istifadə edilə bilən çoxistiqamətli silahdır" dedi.
 
 LaWS-un işıq sürəti ilə hərəkət etdiyini bildirən Wells bunun qitələrarası balistik raketdən 50 min dəfə daha sürətli olduğunu vurğuladı.
 
 CNN-ə müsahibə verən digər kapitan Cale Hughes LaWS-un yanaşan bir obyektə böyük miqdarda foton göndərdiyini bildirərək:"Küləyə, mənzilə, və ya başqa bir şeyə görə narahat deyilik. Hədəflərə işıq sürəti ilə çatmaq qabiliyyətinə malikik" ifadələrini işlətdi.
 
 Hughes LaWS-un raketləri də vura biləcəyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr