İngiltərədə Aİ ilə bağlı yeni tətbiq - “VIII Henri səlahiyyəti”

Aİ-yə 44 ildir üzv olan İngiltərənin öz konstitusiyasına təxminən 20 min maddə daxil etməsi gözlənilir.

770673
İngiltərədə Aİ ilə bağlı yeni tətbiq - “VIII Henri səlahiyyəti”

  İngiltərənin Avropa İttifaqından ayrılması (Brexit) prosesilə əlaqədar Böyük Ləğv Qanun Layihəsi parlamentə təqdim edildi. 

  Avropa İttifaqı qanunvericiliyinin İngiltərənin qanunvericiliyinə daxil edilməsini təmin edəcək layihə Avropa İttifaqı Qanununu ləğv edərək Aİ qanunlarının İngiltərə qanunları üzərindəki üstünlüyünü aradan qaldıracaq.

  İngiltərə Avropa İttifaqı qanunvericiliyində öz sahələrini maraqlandıran tənzimləmələri “kopyala, yapışdır” üsuluyla ölkə konsitusiyasına gətirəcək. 

  Nazirliklər Aİ tənzimləmələrini konsitusiyaya daxil edərkən lazım olan yerlərdə parlamentin təsdiqinə ehtiyac duymadan düzəlişlər edə biləcək.

  Bu tətbiq İngiltərədə “VIII Henry səlahiyyəti” adlandırılır.

  İşçi Partiyası başda olmaqla müxalifət partiyaları bu tətbiqə etiraz bildirirlər.

  Aİ-yə 44 ildir üzv olan İngiltərənin öz konstitusiyasına təxminən 20 min maddə daxil etməsi gözlənilir.

  Layihə İngiltərə vəkilləri tərəfindən payızda müzakirə ediləcək və ölkənin Aİ-dən rəsmi olaraq ayrılmasının planlaşdırıldığı 2019-cu ilin martından əvvəl səsverməyə qoyulacaq.

  Xatırladaq ki, ölkədə keçən il keçirilən referendumda xalqın 52 faizi Brexitə “bəli" demişdi.



Әlaqәli Xәbәrlәr