ABŞ-da viza qadağasından keçən "yaxın qohum"lara məhdudiyyət

Ali Məhkəmə ABŞ-da həqiqi ailə bağları olanların ölkəyə girişinə icazə verilməsi barədə qərar qəbul edib, Tramp rəhbərliyi isə buna nənə-babaların, nəvələrin, qayın və ardadı, xala, bibi, qardaş oğlu və əmi uşağının daxil edilməməsilə etiraz bildirib.

770854
ABŞ-da viza qadağasından keçən "yaxın qohum"lara məhdudiyyət

  Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın 6 müsəlman ölkə vətəndaşlarına viza qadağasından keçən "yaxın qohum" ifadəsinin əhatəsi genişləndirilib.

  Havay Region Məhkəməsinin hakimi Derrik Uatson (Derrick Watson) bildirib ki, “Qadağa Ali Məhkəmənin "gerçək ailə bağları" qərarı çox dar dünyagörüşüylə bağlıdır. Məhdudiyyət zorla qəbul etdirilməməlidir. Bu, haqsız məhdudiyyətdir.

  Qeyd edək ki, Ali Məhkəmə ABŞ-da həqiqi ailə bağları olanların ölkəyə girişinə icazə verilməsi barədə qərar qəbul edib, Tramp rəhbərliyi isə buna nənə-babaların, nəvələrin, qayın və ardadı, xala, bibi, qardaş oğlu və əmi uşağının daxil edilməməsilə etiraz bildirib. Bu isə o deməkdir ki, ABŞ-dakı müsəlman 6 ölkə (Suriya, Liviya, Somali, İran, Yəmən və Sudan) vətəndaşlarına yaxınlarını görmək imkanı yaradılmayacaq.  



Әlaqәli Xәbәrlәr