Fransa xarici işlər naziri Körfəzə səfər edəcək

Fransa xarici işlər naziri Jean-Yves Le Drian bəzi ərəb ölkələri ilə Qətər arasında yaşanan böhranın həllinə yardımçı olmaq üçün 15-16 iyul tarixlərində regiona səfər edəcək.

769488
Fransa xarici işlər naziri Körfəzə səfər edəcək

Fransa  Xarici İşlər Nazirliyindən verilən məlumatda xarici işlər naziri Jean-YvesLe Drianın 15-16 iyulda Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedəcəyi bildirilir.
 
 Məlumatda: "Dostluq münasibətlərində olduğumuz bu ölkələrlə bağlı mövcud gərginliyin ən qısa müddətdə azaldılmasına dəvət edirik, bu, hər kəsin xeyrinə olacaq" ifadəsi işlədilir.
 
 Sözügedən səfərin Amerika Birləşmiş Ştatları, İngiltərə və Almaniyanın son böhranla bağlı sərgilədiyi oxşar strategiya çərçivəsində həyata keçiriləcəyi qeyd olunur.
 
 Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhran iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn rəhbərliklərinin Qətər ilə bütün diplomatik əlaqələrini kəsmələri ilə başlamışdı.
 
 Qətərə blokada tətbiq edən 4 ölkə münasibətlərin düzəldilməsi üçün Doha rəhbərliyinə Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması, İran ilə əlaqələrin kəsilməsi və Al-Jazeera telekanalının bağlanması kimi şərtlərin olduğu 13 maddəlik tələb siyahısı təqdim edib, Qətər isə beynəlxalq hüquqa zidd heç bir tələbin qəbul edilməyəcəyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr