UNICEF-in Yəmənə göndərdiyi tibbi ləvazimat paytaxt Sənaya çatıb

UNICEF-in Yəməndəki sözçüsü Məhəmməd əl-Əsədin məlumatına görə 33 tonluq tibbi yardım daşıyan iki yük təyyarəsi Beynəlxalq Səna Havalımanına çatıb.

768299
UNICEF-in Yəmənə göndərdiyi tibbi ləvazimat paytaxt Sənaya çatıb

Əsəd, xolera epidemiyasının müalicəsində istifadə ediləcək tibbi ləvazimatın epidemiyadan ən çox təsirlənən bölgələrə çatdırılacağını vurğulayıb.

Ümumdünya səhhiyə Təşkilatının məlumatına görə, 27 Apreldən bəri Yəməndə xolera epidemiyası səbəbiylə min 713 nəfər həyatını itirib.

Yəməndə iki ildən çox müddətdir davam edən qarşıdurmalar səbəbiylə evini tərk etmək məcburiyyətində qalan 3 milyon adam, təmiz içməli su çatışmazlığı və tullantıların toplana bilməməsi xolera epidemiyasına yoluxma riskini hər ötən gün daha da artırır.

 

 



Әlaqәli Xәbәrlәr