Yəməndə on minlərlə uşaq ölüm təhlükəsi ilə üz-üzədir

Yəməndə on minlərlə uşaq qidalanma problemi, ishal və bunların səbəb olduğu vəba epidemiyasına görə ölüm təhdidi ilə üz-üzədir.

764677
Yəməndə on minlərlə uşaq ölüm təhlükəsi ilə üz-üzədir

BMT Uşaq Fondunun sözçüsü Christophe Bolyarkın BMT radiosunun internet saytındakı açıqlamasında Yəməndə on minlərlə uşağın qidalanma problemi, ishal və bunların səbəb olduğu vəba epidemiyasına görə ölüm təhdidi altında olduğu vurğulanıb.

Açıqlamada bildirilib ki, qidalanma probleminə görə uşaqlar ishal olur. Onların müalicəsi mümkündür, ancaq çirkli içməli sudan istifadə etdikləri müddətdə xəstəlik də davam edir. Bu mərhələdə içməli su problemi həll edilməlidir.

“Dünyadaki ən pis vəba epidemiyası Yəməndə müşahidə olunur”

Epidemiyanın Somali, Sudan və Cənubi Sudan kimi Afrika ölkələrində də qeydə alınmasına baxmayaraq ən məhvedici təsirinin Yəməndə olduğuna diqqət çəkilən açıqlamada vurğulanıb ki, dünyadaki ən pis vəba epidemiyası Yəməndə müşahidə olunur. Epidemiya bu ölkədəki on minlərlə uşaq üçün ölüm təhdididir.

Yəməndə iki ildən artıq davam edən aktiv hərbi əməliyyatlar səbəbindən ölkədəki infrastrukrutun dağılması ölkədə vəba epidemiyasının yaranmasına şərait yaradıb.

BMT-nin məlumatına əsasən, Yəməndə 27 apreldən bəridir 21 şəhərdə 270 minə yaxın insan vəba epimediyasına yoluxduğu şühbəsi ilə müaliciyə götürülüb. Yarısından çoxu uşaq olmaqla min 600 nəfər epidemiyadan həyatını itirib.



Әlaqәli Xәbәrlәr