Hansı ölkələrdən daha çox Avropaya mühacir müraciəti var?

Avropa İttifaqı ölkələrinə edilən mühacir müraciətləri 2016-cı ildə əvvəlki illə müqayisədə 7 faiz azalıb.

765031
Hansı ölkələrdən daha çox Avropaya mühacir müraciəti var?

  Avropa Qaçqınlara Dəstək Agentliyi (EASON) Brüsseldə “Residence Palace”da təşkil edilən mətbuat konfransıyla "2016 Aİ Qaçqın Vəziyyəti İllik Hesabatı"nı yayınladığını açıqlayıb.

  Hesabata görə, Avropa İttifaqında 2016-cı ildə edilən mühacir müraciətləri 2015-ci ilə nisbətən 7 faiz azalıb. Əgər 2015-ci ildə 1,4 milyon adam müraciət etmişdisə, 2016-cı ildə bu rəqəm 1,3 milyona düşüb. Bu ilin ilk aylarında isə 2016 və 2015-cü illərə nisbətən mühacir müraciət sayı azalıb.

  Mühacir müraciətləri sırasında Suriya, Əfqanıstan, İraq, Pakistan və Nigeriyadan gələnlər üstünlük təşkil edir. Onlar ən çox Almaniya, İtaliya, Fransa, Yunanıstan və Avstriya üçün müraciət edib və bu ölkələrə yerləşdirilb.

  Hesabatda bildirilib ki, Türkiyə və Aİ arasında keçən il imzalanan müqaviləyə görə, Şərqi Aralıq dənizi yolu ilə gələn qaçqınlar arasında da ciddi azalma müşahidə olunub. Tərəflər arasındakı müqavilədən əvvəl - 2015-ci ildə Şərqi Aralıq dənizi üzərindən gələn qaçqınların sayı 885 min 386 idisə, 2016-cı ildə bu rəqəm 182 min 534-ə enib. Türkiyə üzərindən dəniz yolu ilə Yunanıstan adalarına qeyri-qanuni gedən və dənizlərdə həyatını itirən qaçqın sayı da xeyli azalıb.



Әlaqәli Xәbәrlәr