Şimali Koreya, yenə orta mənzilli raket sınaqdan keçirib

Cənubi Koreya Baş qərargah rəisliyindən verilən açıqlamada, raket yerli vaxtla saat 09.40-da Phönan-Pukto əyalətində yerləşən poliqondan buraxılıb.

763970
Şimali Koreya, yenə orta mənzilli raket sınaqdan keçirib

 Tipi məlum olmayan raket Yaponiyanın, Yapon dənizindəki xüsusi iqtisadi zonasına düşüb. İlkin məlumata əsasən, Yaponiyanın hava və dəniz gəmilərinə ziyan dəyməyib. Buraxılan raketin qitələrarası olmadığı bildirilir. 

ABŞ prezidenti Donald Trump, sosial media üzərindən raket sınağına reaksiya verib. Bu adamların həyatlarında etdikləri daha yaxşı bir şey yoxdur mu deyən Trump, Cənubi Koreya və Yaponiyanın buna daha çox dözmələrinin çətin olduğun, bu mənasız cəhdlərin qarşısının alına bilməsi üçün Çinin Şimali Koreyaya ağır təzyiq etməsinin lazım gəldiyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr